Bakıda FİNAL HƏYƏCANI - millimiz dünya çempionu ola bilər

Bu gün minifutbol üzrə dünya çempionatına yekun vurulacaq. SİA xəbər verir ki, günün ilk matçında bürünc medal uğrunda mübarizədə Monteneqro seçməsi ilə Serbiya millisi üz-üzə gələcək.

Dünya çempionu isə saat 20:00-da start götürəcək final matçından sonra məlum olacaq. Milli komandamız doğma azarkeşlər önündə Macarıstan seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinal mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub edib, Macarıstan seçməsi isə Serbiya ilə 0:0 hesablı heç-heçədən sonra penaltilər seriyasında (3:1) qalib gələrək adını finala yazdırıb.

1 iyun

Minifutbol üzrə dünya çempionatı

Üçüncü yer uğrunda mübarizə

Saat 18:00, Monteneqro - Serbiya.

Final

Saat 20:00, Azərbaycan - Macarıstan

Bütün xəbərlər Facebook səhifəmizdə