Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA İntizam Komitəsi U-17 Qızlar Liqasında çıxış edən "Zaqatala" komandasına texniki məğlubiyyət verib. SİA xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

"Şəfa" ilə görüşdə komandanın heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə bölgə təmsilçisi 0:3 hesablı texniki məğlubiyyət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə