Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Aprelin 30-da stolüstü tennis üzrə ölkə birinciliyinə start veriləcək. Azərbaycan Stolüstü Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Şüa" idman kompleksində keçiriləcək yarışda U-19 və U-15 yaş qruplarında idmançılar iştirak edəcəklər.

Azərbaycan birinciliyinin qalib və mükafatçıları mayın 3-də müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə