“Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTOLAR

Azərbaycan Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, “Bakı Kristal Zal”ın Sərgi Mərkəzində keçirilən mərasimdə iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəlib.

Yarışın açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının Prezidenti Mahir Məmmədov, gənclər və gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç çıxış ediblər.

Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.

Festival, həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.

Aprelin 27-dən start götürən festival mayın 7-dək davam edəcək.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə