AFFA futzal üzrə Yüksək Liqada çıxış edən "Neftçi" İK-nın məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb. SİA xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
Buna XV turda baş tutan "Neftçi" İK – "Baku Fire" matçının fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə o, 5 oyunluq diskvalifikasiya edilib.
"Baku Fire"in qapıçısı Kamran Hacıyev isə 30-cu dəqiqədə qeyri idman hərəkətinə görə 2-ci "sarı"dan sonra qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə