Xalqımızın sevimli bayramlarından olan Novruz bayramına artıq sayılı günlər gəlib. Azərbaycanda Novruz ilin başlanğıcı, yazın gəlişi və təbiətin oyanması kimi təsvir edilir. Bu bayramın tarixi qədim köklərə dayanlr və bayrama qədər 4 çərşənbə həyata keçirlir ki, bunlarında öz adət-ənənələri var. Bu gündə İlaxır çərşənbəsidir. Hansı ki, sonuncu olan Torpaq çərşənbəsində qədim inancalara görə fallar edilir, papaq atılır, süfrələr bəzənir, insanlar bir araya toplaşırılar. Hazırda Fəvarələr meydanında yerləşən “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasındyıq . Bu yarmarka əsl Bayram abu-havasl yaratmaqla eyni zamanda yardıma ehtiyac duyan ailələrə ümid işığı olur. 2019-cu ildən etibarən hər bayranda bu yarmarka təşkil edilir. Belə ki, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.
Bəs gəlin görək bu il yaradılan yarmarkadakı vəziyyət necədir?
Yarmarkaya ilk daxil olduğumuz zaman İtalyan mətbəxinə məxsus olan Fettucihini stedinə yaxınlaşdıq. Satıcı İsgəndər Rzazadənin sözlərinə görə, makaron növü olan bu qidanın qiyməti 7 manatdan başlayır: “Bu qidaya olan maraq yüksək səviyyədədir. Hər kəs bu yeməklə maraqlanır. İlk dəfədir ki, biz bu yarmarkada iştirak edirik. Hər şey çox yaxşıdır. İnsanların yarmarkaya olan marağı yüksək səviyyədədir. Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edir, süfrəlrəinə ruzi-bərəkət arzulayırıq”.
Daha sonra rəngarəng stendi ilə diqqətimiizi gəlb edən “Waffle” stendinə yaxınlaşdıq. İkinci ildir yarmkarkada fəaliyyət göstərirlər. Dondurmalı “waffle”ların qiyməti 18 manatdan başlayır. İnsnalar bundna çox istifadı edirlər. Yəni yarmarkada bu məhsula olan maraq möhtəşəm səviyyədədir.Hər il insanların marağı bu cür qidalara daha çox artır.
Son bir ildir öz satış rekordları ilə insanları özünə cəlb etməyi bacaran “Dubay şokoladı” da yarmkarda var idi. Satıcının sözlərinə görə, ötən illə nisbətən bu il “Dubay şokoladı”na olan maraq daha çox azalıb: “Bayram günləri olduğu üçün hazırda satış edə bilirik. Bu stendə “Dubay şokolad”ı 24 manatdır, pudinlərimiz isə 8 manatdır. İnsanalr daha çox pudinqlərədn daha çoxalırlar”.
Türk mətbəxinə aid olan və dəniz məhsulu sayılan mideydə yarmarka daha çox satılan qidalar arasında idi: “Mideylerimizin porsiyasi 5 manatdna başlayır. Bununla yanaşı “çiğköfte”də satırıq. İki ildir bu yarmarkada satış edirik. Ötən illə nisbətdə insanların yarmarkaya olan marağı daha çoxdur.
Maraş dondurmaı satılan stendə isə dondurmanın qiyməti 3 manat tə\şkil edirdi. Satıcı Əli Əliyevin sözlərinə görə, artıq 4 ildir ki, bu yarmada iştirak edirlər. Dondurmaya daha çox yay aylarında insanlar üstünlük verirlər. Lakin buna baxmayaraq yenə də insanlar dondurma yeməyi sevirlər. Yarmarkada da bu dondurmaya olan maraq bizi qane edir”.
Yarmarkada ilk dəfə öz stendini yaradan Fərrux bəy isəAzərbaycanın gözəl bölgələrindən biri olan Qubanın şirniyyatlarını bişirib, satışa çıxarmışdır. Onun sözlərinə görə, şirniyyatların qiyməti 4 manatdan başlayır. Quba paxlavası, halvası, sarması və s. Hər biri təzə və dadlıdır. Bu şirniyyatları kim dadırsa məmnun qalır. Paxlavalar 3, burmalar isə 4 manatdır.
Pendir dönəri isə ölkədə bir ilk olduğunu deyə bilərik. Satış menecerinin sözlərinə görə, bu dönər Zaqafqasiya ölkələri arasında bir ilkdir: “Qiyməti 7 manatdır. Yeni bir qida növü olduğu üçün insanların buna olan marağı çox yüksəkdir. Bu pendir xüsusidir, heç vaxt ərimir. Bu pendir növü Azərbaycan da hazırlanır. Amma dadı tam fərqlidir. Buna görə də bir çox insanlar araqlanır. Yəni lavaşın arasında dönər yerinə pendir qoyuruq. Tamamilə vegeterian bir qidadır”.
Hər il yarmarkada yemək stendləri ilə yanaşı kiçik sahibarlarda öz əl işlərini və ya məhsullaırnı satışa çıxardırlar: “Üç ildir ki, bu yarmarkada iştirak edirik. Əsasən qadınlar üçün aksesuarlar var burada. Bir çox xanımlar hər il gəlib bizdən bəyəndikləri məhsulları əldəe də bilirlər. Yarmarkada da bizim məhsullara xüsusi endirimlərimiz var”.
Şəhər sakini Əli Niftullayev: “Artıq davamlıə olaraq hər bayramda bu cür yarmarkalara üz tuturuq. Çox bəyənirəm bu yarmarkaları. Qitymətlər normaldır. Hər cibə və ağız dadına uyğun burada qidalar satılır.Abu-hava çox yaxşıdır. Olduqca zövq alırıq”.
Şəhər sakini Məlik İsmayılov: “Yarmarkaya ilk dəfədir gəlirəm. Hələ ki, heç bir məhsul almamışam. Amam alacam. Ümumi abu-havanı çox bəyəndim. Düşünürəm ki, bu cür yarmarkalar davamlı xarakter daşımalıdır”.
Şəhər sakini Rza Seyidli: “Hər il davamlı olaraq ailəmlə birlıikdə bayram yarmarkasına gəlriik. Qiymətlər yaxşıdır. İndid də qızıma şar aldıəm bir manat idi. Çox razıyıq”.
Şəhər sakini Abbas Quliyev: “Hər şey əladır, çox bəyəndim. Hər şeydən razı qaldım. Sveinirəm ki, ölkəmizdə belə yarmarkaalr yaradırlar”.
Şəhər skaini Faiq Hüseynli: “Berlə yarmarkalar turistlərin marağına səbəb olur. Onlar bizim milli şirniyyatlarımızala və atributlarımla tanış olurlar. Yarmarkadan bir çox qidaların dadına baxmışam. Qiymətlrə normaldır. Xaricdən bundan 5 qat bahadır”.
Şəhər sakini Qəmər Vəliyeva: “Nəvələrimi gəzməyə çıxartmışam. HƏlə nəsə almamışıq. Amma alacayıq. Abu-hava çox yaxşdıır. Bayram olduğunu hiss edirik. Bütün Azərbaycan xalqının bayramını təbrik edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə