"Avropa Oyunlarından sonra badminton üzrə ölkəmizdə keçirilən ən mötəbər yarış məhz bu Avropa çempionatıdır". Bunu SİA-ya Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinin üzvü, milli komandanın sabiq baş məşqçisi Ceyhun Məmmədəliyevi deyib.
O, Bakıda ilk dəfə keçirilən badminton üzrə qarışıq komandaların Avropa çempionatı barədə danışıb.
Məmmədəliyev vurğulayıb ki, burada 8 ən güclü komandaların yarışır: "Azərbaycanın bu yarışda ev sahibi kimi iştirak etməyinə baxmayaraq uğurlu mübarizə aparır. Belə bir yarışın ölkəmizdə keçirilməsi Gənclər və İdman Nazirliyinin, Azərbaycan Badminton Federasiyasının ardıcıl gördüyü tədbirlər nəticəsindədir. İdmançılarımız iki dəfə Olimpiyadaya lisenziya qazanıb digər beynəlxalq tədbirlərdə uğurlu nəticələr qazanıblar. Avropa Badminton Konfederasiyası bu çempionatın finalı məhz Bakıda keçirir. Mən özümdə burada idmançılarımızın yarışını izləyirəm. Dünən bizim qarışıq komandalar üzrə idmançılarımız İngiltərəyə qarşı mübarizə aparırdılar. Burada 5 kateqoriya üzrə yarışlar aparılır. Şəxsi oğlanlar və qızlar, qoşa yarış və qarışıq qoşa yarışlardır. Biz ilk oyunumuz olan qarışıq qoşanı uduzduq. Hansı ki, Keişa Fatimə burada uduzdu amma şəxsi görüşündə qalibiyyət qazandı. Lakin qoşa mübarizə qızlar və oğölanlarımız uduzdu. Badminton yaranan ölkə olan İngiltərəyə 3:2 hesabla uduzduq. Az qalmışdı ki, qalib gələk. Bu çox yaxşı nəticədir. İndidə görüşlər keçirilir. Hazırda İspaniyaya qarşı qarışıq qoşada məğlub olduq. Kişilər arasında isə Edi Reski ispan idmançı ilə qarşılacaq. Hansı ki,o idmançı 2015-ci ildə Avropa Oyunlarının qalibi olub".
Bütün xəbərlər Facebook səhifəmizdə