Gənc taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Məmmədovun SİA-ya müsahibəsini təqdim edirik:
- Türkiyənin Antalya şəhərində keçirilən -2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) komandanızla birgə iştirak edirsiniz. Yarış barədə fikirləriniz?
- Yarış çox yaxşı şəkildə təşkil olunub. Hazırda da Antalya şəhərindəyik. Gənclərimizlə birlikdə yüksək nəticə əldə etmək üçün çalışırıq. Mən bundan öncə yeniyetmələrdən ibarət komandamıza başçılıq edirdim. Daha sonra Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov tərəfindən 2025-ci ildən yeni vəzifəmi icra edirəm. 2005-ci ildə ilk məşq toplanışı etdik, həmçinin idmançılarımızla tanış olduq. İndi də mübarizə aparırıq. Ümid edirik ki, hər şey yaxşı olacaq.
- Ölkəmiz bu yarışda 27 idmançı ilə təmsil olunur. Bu qədər idmançı ilə təmsil olunmaq necə bir hissdir?
- Bu say məni olduqca sevindirir. Bütün heyətimizlə burdayıq. Gənclər və İdman Nazirliyinə eyni zamanda Azərbaycan Taekvondo Federasiyamıza təşəkkür edirik ki, bu yarışda tam komanda ilə mübarizə aparmaq imkanını bizə yaradılar. Bütün heyətimizlə burdayıq. Məndən əlavə olaraq kömək məşqçilərimizdə Fəridə Əzizova, Ayxan Tağızadə də buradadır. Hamılıqla birlikdə yarışlara köklənmişik.
- Yarış üçün hazırlıq səviyyəsi necə keçib?
- Bu yarışa hazırlıq məqsədi ilə iki təlim-məşq toplanışı keçmişik. Məşqlərimiz yüksək səviyyədə baş tudu. Uşaqların fiziki hazırlıqlarını yoxlayaraq, texniki-taktiki baxımdan təkminləşdirdik. Nə lazımdırsa əlimizdən gələni etdik. Bu yarışa çox gözəl hazırlaşmışıq.
- Gənclərimizdən nə kimi nəticə gözləyirsiniz?
- Komandamızdan çox yaxşı nəticə gözləyirəm. Heyətimizdə təcrübəli və çox yaxşı idmançılar var. Ümid edirəm ki, bu yarışda gənclərimiz gözlədiyimiz nəticəni əldə edəcəklər. Hər birinə qarşı ümidimiz böyükdür.
- İdmançınız Minayə Əkbərova (46 kq) böyüklər arasında bürünc medala layiq görülüb. Bu nəticə sizi qane etdi?
- Minayə bizim çox perspektivli idmançımızdır. O, burun əməliyyatı səbəbindən il yarımdır ki, məşqlərdən uzaq qalmışdı. Lakin 2024-cü ildə ölkə çempionatında Azərbaycan çempionu adını qazanıb. Bu müddətdən sonra “Turkish Open” turniri onun ilk beynəlxalq yarışıdır. Əldə etdiyi nəticə yaxşıdır. Bu onu deməyə əsas verir ki, Minayə gələcəkdə daha böyük uğurlara imza ata bilər.
- Yarışdakı əsas məqsədiniz nədir?
- Dünya Taekvondo Federasiyasında yeni elektron sistem yaradılıb. Burada döyüşlər bu sistemlə keçirilib. Biz və idmançılarımızda ilk dəfə bununla tanış olacaq. Bundan sonra da məşqimizi buna uyğun aparacayıq. Qarşıdan bizi Avropa çempionatı və festival oyunları gözləyir. Bu sistemlərlə çalışacayıq. Burada məqsəd sistemlə tanış olub, idmançılarımızı yoxlamaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə