"Əvvəllər aralarındakı fərq çox olduğu üçün maraqla iştirak etmirdilər" - Əməkdar məşqçi DANIŞDI
"Dünyaca tanınmış şahmatçılarımızın Azərbaycan çempionatında daha öncədən də iştirak edə bilərdilər". Bunu SİA-ya şahmat üzrə əməkdar məşqçi Anar Allahverdiyev deyib.
O, şahmat üzrə Azərbaycan çempionatını ilə bağlı danışıb.
Allahverdiyev bildirib ki, əvvəllər məşhur şahmatçılarımızla digərləri arasında fərq çox olduğu üçün onlar böyük həvəslə yerli çempionata qoşulmurdular: "Ancaq indi gənc şahmatçılarımız böyüyüb buna görə də rəqabətli çempionat alına bilər. Bu şahmatçılarımızda gənc nəslin formalaşması üçün öz təcrübələrini bölüşməyi laızm bilirlər. Buna görə də biz şahmat ictimaiyyəti olaraq onlara minnətdarıq. Çempionatda artıq yarımfinallar keçirilir. Kişilər araısnda ilk finalçı bəllidir. Bu Şəhriyar Məmmədyarovdur. Təbii ki, gözlənilirdi ki, bizim favorit şahmatçılarımız ilk sıralarda oalcaqlar".
Əməkdar məşqçi vurğulayıb ki, hazırda gərgin mübarizə davam edir: "Çox tanınmış dünya kubokunun sahibi və ilk 10-luq da olan Teymur Rəcəbov hələ də məhz finala düşmək üçün Rauf Məmmədovla görüşəcək. Finala düşmək üçün bu görüşü keçməlidir. Raufda yığma komandnaın üzvüdür və olduqca təcrübəli şahmatçıdır. İlk dəfə yerli çempionatda Olimpiya sistemindən istifadə olunması olduqca maraqlı oldu. Əvvəllər Azərbaycan çempionatı İsveçrə sistemi üzrə keçirilirdi. Doqquz turda şahmatçı uduzsa belə öz səviyyəsini nümayiş etdirə bilərdi. Olimpiya sistemində isə şahmatçıların bu şansı yoxdur. Bir dəfə uduzdunsa, sənin üçün çempionat bitir. Bu formatın müsbət cəhətləri çoxdur. Buna görə də bu sistem azarkeşlər üçün bu hal çox böyük bir bayramdır. Şəhriyar və Teymur kimi super ulduzların iştirakı gələcək şahmatçılar üçün böyük örnəkdir. Bu sistemlə çempionat çox həyəcan dolu keçir".
Qeyd edək ki, Azərbaycan çempionatı fevralın 15-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə