Stolüstü tennisçilərimiz Nevşehirdə beynəlxalq turnirdə

Bu gün Türkiyənin Nevşehir şəhərində “WTT Youth Contender” turnirinə start veriləcək. SİA xəbər verir ki, beynəlxalq yarışda Azərbaycan stolüstü tennisçiləri də bacarıqlarını göstərəcəklər.

Milli komandanın məşqçiləri Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq. Beynəlxalq yarışa fevralın 17-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə