Kişi voleybolçular arasında Azərbaycan çempionatında X tur başlayır

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura bu gün start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da MOİK - "Gənclər", 18:00-da isə "Neftçi" - "Xilasedici" matçları start götürəcək. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, tura fevralın 13-də gerçəkləşəcək "Murov Az Terminal" - "Azərreyl" oyunu ilə yekun vurulacaq. "Murov Az Terminal" hazırda 24 xalla liderdir. "Xilasedici" 21 xalla ikinci, "Azərreyl" 19 xalla üçüncü, "Neftçi" 14 xalla dördüncü pillədə qərarlaşıb. MOİK 2 xalla beşinci, "Gənclər" 1 xalla sonuncu - altıncıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə