"Vaşinqton Kapitals” klubunun keçmiş xokkeyçisi və Finlandiyanın gənclərdən ibarət komandasının məşqçisi Mika Elomo 48 yaşında vəfat edib. SİA xəbər verir ki, Mika peşəkar karyerasına 1994-cü ildə Finlandiyanın “Kiekko-67” komandasının tərkibində başlayıb. Cəmi iki mövsümdən sonra Mika Elomo “Vaşinqton”un oyunçusu olub və Amerika Birləşmiş Ştatlarına köçüb. O, karyerasını Finlandiyada başa vurub. TPS komandasında üç mövsüm keçirib. 2004-cü ildə biləyindən ciddi zədə alıb və karyerasını bitirib. Bundan sonra o, məşqçi kimi fəaliyyətini davam etdirib. O, Norveçin “Storhamar” komandasının məşqçisi olub, eyni zamanda Finlandiyanın gənclər komandalarına rəhbərlik edib. Son iş yeri Fransanın “Serji-Pontua” klubu olub və ölənə qədər burada çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə