Narkomaniyanın yaratdığı psixoloji problemlər - ARAŞDIRMA

Hər il dünyada yüz minlərlə insan narkotik istifadəsinin təsirindən ölür. Qeyri-qanuni maddələrin istehsalı, daşınması və istifadəsi də ətraf mühitə zərərli təsir göstərir, lakin bu fakta hələ də lazımi diqqət yetirilməyib. Ümumiyyətlə qəbul edilir ki, planeti ən çox çirkləndirən sənaye və kənd təsərrüfatıdır. Bununla belə, kokain, tiryək və ekstazın ətraf mühitə dağıdıcı təsiri də var. Onlar nəzarətsiz meşələrin qırılmasına, torpaqda infrastrukturu təhdid edən çuxurlara səbəb olur və suyu ölümcül maddələrlə çirkləndirir.

Artıq 3-cü ildir ki, dünyada hökm sürən koronavirus pandemiyası daha bir az qorxunc epidemiyanı - narkomaniyanı kölgədə qoyub. Son illərdə dünyada narkomanların sayı artmaqdadır. BMT-nin hesablamalarına görə, 2020-ci ildə 275 milyon insan qanunsuz maddələrdən istifadə edib, 2019-cu ildə isə 500 minə yaxın insan narkomaniyanın nəticələrindən dünyasını dəyişib. Üstəlik, COVID-19 pandemiyası və bununla bağlı karantin məhdudiyyətləri istehlakın artmasına səbəb olub. İnsanların psixoloji sağlamlığına mənfi təsir göstərir, bu da psixi pozğunluqların kəskinləşməsinə, həmçinin alkoqol və narkotik vasitələrdən istifadənin artmasına səbəb olur.

Beynəlxalq Narkomaniyaya Qarşı Mübarizə Gününə həsr olunmuş aylıq çərçivələrdə məktəb, kollec və universitetlərə gənclər arasında neqativ təzahürlərin qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Demək olar ki, hər kəs narkomaniyanın qurbanı ola bilər, lakin bu, daha çox gənclərə aiddir. Narkomaniya aludəçilərin özləri üçün faciəyə, valideynlərinin kədərinə, müəllim və pedaqoqlar üçün bir çox ciddi problemlərə çevrilir. Bu problemlər bütün ciddiliyinə və hətta faciəsinə baxmayaraq, çox incədir və ehtiyatlı, balanslı yanaşma tələb edir.

Narkotik asılılığı şəxsiyyətin tam məğlubiyyətidir, üstəlik, əksər hallarda fiziki sağlamlıq baxımından ağırlaşmalarla müşayiət olunur. Narkotik qəbul edən şəxs tədricən özünə hörmətini itirir; onun ən yaxşı əxlaqi keyfiyyətlərini məhv edir, zehni olaraq normal deyil; dostlarını, sonra ailəni itirir; bir peşə əldə edə bilmir və ya əvvəllər sahib olduğu peşəni unudur. Bir sözlə cinayət mühitinə qarışır.

Narkomaniyanın qarşısının alınması üçün dünyanın əksər ölkələrindən alınan məlumatlar göstərir ki, narkomaniya bütün sosial təbəqələrə və yaş qruplarına, xüsusən də gənclərə yayılıb. indi uşaqlar və yeniyetmələr narkotiklərlə yaxın keçmişə nisbətən daha erkən yaşda tanış olurlar.

Ölkəmizdə sosial-iqtisadi və mənəvi-psixoloji vəziyyət dəyişdikcə, xarici əlaqələr genişləndikcə, sərhədlər açıldıqca, internetdən istifadə, gənclərlə bağlı problemlər getdikcə geniş vüsət alır və narahatedici xarakter alır. Ola bilsin ki, əvvəllər narkomaniya ilə bağlı problemlər barədə etibarlı məlumata malik olmayan bəzi vətəndaşlar özlərinə sual verəcəklər: “Ümumiyyətlə, narkomaniyanın cəmiyyət üçün təhlükəsi nədir və bu problem bu gün bu qədər aktualdırmı?”.

Məsələ burasındadır ki, narkotik vasitələrdən qeyri-tibbi istifadə bütün dünyada dövlətlər və ictimai qurumlar tərəfindən böyük bəla kimi qiymətləndirilir və onlar bunu hər bir yolla, o cümlədən qanunla və hüquq-mühafizə orqanlarının köməyi ilə məhdudlaşdırmağa çalışırlar. Ümumi narahatlıq üçün bir neçə səbəb var. Narkomaniya şəxsiyyətin deqradasiyasına və orqanizmin məhvinə son dərəcə fəal şəkildə kömək edir.

Narkomaniyanın yaratdığı psixoloji problemlər hansılardır?

Psixoloq Orxan Oruc SİA-ya açıqlamasında narkomaniyanın insanlarda yaratdığı psixoloji problemlərdən danışıb. Narkotik maddələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, o mərkəzi sinir sisteminə çox sürətli təsir göstərir. Narkotik maddələr fizoloji təsir və dəyişiklikləri ilə yanaşı əhval ruhiyyəni, hissləri, emosiyaları, iradəni, aqressiya səviyyəsini və s. dəyişə bilir. Beləliklə, narkotik asılılığını da həm fiziki, həm psixi olaraq iki yerə bölə bilərik. Narkotik maddənin asıllısı olan şəxsin həmin maddəni əldə etməsi üçün heç vaxt yalan danışmayan adamın yalan danışmasına, oğurluq etməsinə və hətta bəzən daha ağır cinayətlər belə törətməsinə səbəb ola bilir. Bu davranışlar isə şəxsin sosial münasibətlərinə, ailədaxili münasibətlərinə kəskin şəkildə təsir göstərir. Yeni yaranan sosial münasibətləri isə daha çox cinayi davranışlara meyilli olan, eyni və ya digər narkotik vasitə asıllısı olan şəxslərdən ibarət olur. Narkotik asıllıqlar depressiya, panik atak və digərlərinə, həmçinin özünə qarşı aqressiv davranış, hətta intihar kimi ağır nəticələrə səbəb olan psixoloji çətinliklər yarada bilir. Narkomaniyanın yaratdığı psixoloji problemlərlə yanaşı narkomaniyaya səbəb olan da onlarla psixoloji problemlərlə qarşı qarşıya qalır. Tədqiqatlar da, müşahidələr də daha çox ailədaxili münasibətlərin zəif olduğu, sevgi, qayğı, diqqət kimi zəruri ehtiyacı ödənilməyən, öz hiss və duyğularını, düşüncələrini bölüşməyə heç kimi olmayan, həddindən artıq nəzarət və basqı hissi ilə formalaşan, şəxsi dəyərlərinin formalaşmasında çətinlik çəkən şəxslərin narkotik maddə istifadəçisi olma riskinin daha çox olduğunu göstərir.

Narkotik maddələrdən asılılığın yaşı getdikcə azalır, təsirləri isə yeni növ maddələrin təsiri ilə daha da çoxalır. Adətən, narkotik maddə istifadəçiləri hər hansı az təsirli hesab olunan maddə və ya alkoqol ilə başlayırlar. Sonradan isə həzz duyğusuna təlabatın çoxalması, fiziloji və psixoloji vərdişlərin yaranması isə bu bir asılılığa çevrilir. Əlbəttə ki, narkotik maddə asılılığı nə qədər erkən bir yaşda yaranırsa, onun təsirləri də, riskləri də daha çox olur.

Narkomiyadan qurtulmaq üçün tibbi müdaxilələrdən əlavə olaraq hansı tədbirlər görməlidir?

Əlbəttə, narkomaniya ilə mübarizə çoxşaxəli bir prosesdir. Dövlət qurumları, cəmiyyət, təhsil müəssisələri, ayrı-ayrı QHT-lər, media və s. birgə fəaliyyətlə daha faydalı nəticələri olan preventiv iş apara bilərlər. Bununla bağlı kifayət qədər işlər də həyata keçirilir. Lakin, narkomaniya ilə mübarizənin ən çətin tərəfi bu prosesin gizli getməsi və fəsadlarının üzə çıxması bir qədər ləngiməsi gecikmə ilə nəticələnə bilir. Narkotik maddədən asılılığın başlanğıcı adətən psixoloji çətinliklərlə başladığı üçün tibbi müdaxilə ilə yanaşı psixoloji iş də təşkil edilməlidir. Adətən, narkotik maddələr istifadə edən şəxslər narkotik qəbulundan sonra daxili dünyalarında rahatlıq tapdıqlarını, problemlərini unutduqlarını və özlərini yaxşı hiss etdiklərini söyləyirlər. Ancaq davamlı bu hissləri keçirtmək nəticədə asılılığın yaranmasına səbəb olur. Asılılığa tibbi müdaxilədən sonra eyni prosesin təkrarlanmaması üçün şəxs asılılıq yarandığı dövrə formalaşan əhatə dairəsindəki insanlardan uzaqlaşdırılmalı, həyatına yeni maraqlar qatmaq üçün addımlar atılmalı və mütəmadi peşəkar psixoloji yardım işi həyata keçirilməlidir.

Məsulliyət daha çox kimlərin üzərinə düşür desək, sözsüz ki, burada əsas məsuliyyət yeniyetmə və gənclərin daha çox vaxt keçirdikləri məktəb və valideynlərin üzərinə düşür. Təhsil mühitinin düzgün təşkil olunaması, məktəblilərin təhsil prosesinə həvəsləndirilməsi və onların maraq dünyasının davamlı nəzarət olunan və inkişaf etdirici səviyyədə olması həmin məktəblilərin risk qrupuna aid olması ehtimalını azaldır. Həmçinin, təhsil prosesi ilə yanaşı, məktəbdənkənar fəaliyyətlərin, idman yarışları, incəsənət tədbirlərinin, ekskursiyaların təşkil olunması və prosesdə məktəblilərə kiçik rolların verilməsi onların özünüifadə imkanlarını artırar və nəticədə özünü dəyərli, aid olduğu kollektivə lazımlı bir şəxs kimi hiss edən məktəbli bu kimi təlabatlarının ödənilməsi üçün kənar vasitələrə meyl etməz. Eyni zamanda, valideynlər tərəfindən uşaqlara özlərini dəyərli hiss etdirəcək münasibətin qurulması, onların öz hiss və duyğularını, düşüncələrini ifadə edə biləcək mühitin yaradılması görülə biləcək ən uğurlu addımlar olar.

Müəllif: Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə