Sabiha Gökçen aeroportu məhdudiyyətlər tətbiq edib

Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. SİA xəbər verir ki, bu səbəbdən "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa beynəlxalq hava limanında (ESB) enməyə qərar verib.

Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.

Sabiha Gökçen aeroportu icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə