“Buta Airways” Kiyevə uçuşları ləğv edib

"Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.

Bu barədə SİA-ya şirkətdən bildirilib.

Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik.

“Buta Airways”in rəsmi sosial şəbəkə səhifələri:

• facebook.com/ButaAirways
• instagram.com/ButaAirways
• twitter.com/ButaAirways
• t.me/ButaAirways

Bütün xəbərlər Facebook səhifəmizdə