Aksizlərin və rüsumların artırılması avtomobillərin qiymətinə - NECƏ TƏSİR EDƏCƏK? - EKSPERT İZAH ETDİ

“Təbii ki, aksizlərin və rüsumların artırılması avtomobil bazarında alqı-satqıya öz təsirini göstərəcək”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, xüsusən də bu artım yeni avtomobillərdə özünü daha qabarıq şəkildə göstərəcək. “Onsuzda devalvasiyadan sonra bu proses ağır formada özünü göstərirdi və bu gün də eyni qaydada davam edir. Çox təəssüflər olsun ki, biz bazarı bu səviyyədə görməkdəyik. Demək olar ki, Azərbaycanda hər ilin yanvar ayında bu cür qiymət artımı baş verir. Bu da avtomobil bazarına öz təsirini göstərir. Burada əsas məqsəd insanları iri həcmli avtomobillərin alınmasından çəkindirməkdir. Düşünürəm ki, əslində bu effektiv ola bilər, ancaq biz gələcəkdə prosesin hansı formada davam edəcəyini görəcəyik”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...