“Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru kollektivə təqdim olunub FOTO
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru Alqış Musayev (Həsənoğlu) kollektivə təqdim olunub.
SİA xəbər verir ki, A.Musayevi kollektivə qəzetin keçmiş baş redaktoru, deputat Hikmət Babaoğlu təqdim edib.
H.Babaoğlu isə kollektivlə vidalaşıb.
Qeyd edək ki, YAP-ın İdarə Heyətinin sentyabrın 10-da keçirilən iclasında qəbul olunan qərarla “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə Alqış Musayev (Həsənoğlu) təyin olunub. Milli Məclisin sabiq deputatı olan A.Musayev əvvəllər də “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Deputat Hikmət Babaoğlu isə Milli Məclisdə YAP deputatları üzrə əlaqələndirici vəzifəsinə təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB