Keçi südündəki bu maddə koronavirusu məhv edir ŞOK KƏŞF

Türk alimləri bütün dünyanın çarə axtardığı koronavirus epidemiyası ilə mübarizədə yeni və heç kimin təsəvvür etmədiyi bir yeniliyə imza atıblar. SİA-nın türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, alimlər keçi südündəki bir maddənin virus qorunmasında təsirli olduğu təsbit ediblər. Prof. Dr. Tuğba Akbay bildirib ki, keçi südündəki həmin maddə yoluxmaya qədər istifadə edilməlidir ki, yoluxmanı önləyə bilsin.

"Xəstələnmədən əvvəl belə qoruyucu bir zülalımız varsa, bunu dəyərləndirməliyik", deyə vurğulayan professor əlavə edib ki, keçi südündən alınan beta laktoglubini müəyyən fermentlərlə müalicə etdikdən sonra bioaktiv peptid dediyimiz hissələrin koronavirus üzərində təsirli olduğunu gördük: "Bunun ardından virusun və virusun bütün bağlanma nöqtələrinin kompüter vasitəçiliyi ilə əlaqəli olduğunu müəyyən etdik".

Professor əlavə edib: "Virus təkbaşına təsirsizdir. Hüceyrələr üzərində hərəkət edərkən özü üçün əlverişli mühit tapar və içəri girər. Əldə etdiyimiz bioaktiv peptidlər virusu təsirsiz hala gətirir, eyni zamanda hüceyrələrdəki, xüsusən də ağciyər hüceyrələrindəki reseptorları üzərindən alır. Siz də onun bura gəlməyinə və oturmasına mane olursunuz".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...