Buna səbəb Gürcüstan yazıçılarının şefinin Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsidir
Gürcüstanın Yazıçılar Biryinin sədri Makvala Qonaşvilinin adı Azərbaycanda arzuolunmaz şəxslər siyahısına salınıb. Bu barədə Xarici İşlər Nazirlyinin mətbuat xidmətiin rəhbəri Elman Abdullayev məlumat verib. Makvala Qonaşvilinin arzuolunmaz şəxs elan edilməsinə səbəb onun işğal olunmuş Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsidir.
Azərbaycanın Yazıçılar Birliyi də Makvala Qonaşvilinin bu səfərini pisləyir. Yazıçılar Birlyinin üzvü Rəşad Məcid deyir ki, xanım Qonaşvili bir neçə dəfə Azərbaycanın qonağı olub. Və indi gürcüstanlı həmkarlarının belə səhvə yol verməsi qəbuledilməzdir. Rəşad Məcidin sözlərinə görə, bununla bağlı Yazıçılar Birliyi Gürcüstan Yazıçılar İttifaqına öz iradını bildirəcək.
Qeyd edək ki, Gürcüstan Yazıçılar Birlyinin sədri də daxil olmaqla, bir qrup gürcü yazıçısı Xankəndində keçirilən beynəlxalq festivalda iştirak edib. Makvala Qonaşvili mətbuata açıqlamasında bildirib ki, o sadəcə poeziya bayramında iştirak etmək üçün festivala qatılıb. Amma bu addımı ilə Azərbaycan qanunlarını pozduğundan xəbərsiz olub.
Bütün xəbərlər Facebook səhifəmizdə