Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

Aprelin 24-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.

Bu barədə SİA-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə aprelin 23-dək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə