Milli Məclisin deputatı Mixail Zabelinin sədrliyi ilə Azərbaycan Rus İcmasının ümumi hesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, bu barədə icmanın sosial şəbəkə hesablarında məlumat yayılıb. Mixail Zabelin hesabat məruzəsi ilə çıxış edib. Əsas istiqamətlər üzrə fəaliyyət haqqında sədrin birinci müavini Anastasiya Lavrina, Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova, eləcə də Azərbaycanın Rusdilli Tədris Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina məlumat veriblər.
Gənclərin ictimai və mədəni həyata cəlb edilməsinə, mədəniyyətlərarası dialoqun inkişafına və ənənələrin qorunub saxlanılmasına yönəlmiş Azərbaycanın Rus İcması nəzdindəki Rus Gəncləri Assosiasiyasının fəaliyyəti ayrıca qeyd edilib.
Həmçinin icmanın Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın gücləndirilməsinə, cəmiyyətlərarası əlaqələrin inkişafına və xalqlar arasında dostluq ənənələrinin qorunmasına verdiyi mühüm töhfə vurğulanıb.
Müzakirələrin yekunlarına əsasən Azərbaycanın Rus İcmasının hesabat-seçki yığıncağının qətnaməsi yekdilliklə qəbul edilib. Daha sonra icmanın rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə yolu ilə Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçilib.
Bundan sonra İcmanın Respublika Şurasının üzvlərinin və sədr müavinlərinin seçilməsi baş tutub. Sədrin birinci müavinləri Anastasiya Lavrina və Vitali Kovalyov, sədr müavini vəzifələrinə Lyubov Yakunina və Dmitri Kozin seçiliblər.
Mətləb
Xəbər lenti
“Nəticə tamamilə aydındır...”
Dünya 18:27“Goldman Sachs”: Dördüncü rübdə “Brent”in qiyməti 110 dolları ötə bilər
İqtisadiyyat 18:13Qızılın qiyməti 4000 dollardan aşağı enib
İqtisadiyyat 17:48Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
Dünya 17:27TRIPP-dən əlavə TRIPP+?
Siyasət 17:11Ermənistanda Rusiya vətəndaşı saxlanılıb
Dünya 17:00Çarukyan sement zavodunu da itirdi
Dünya 16:51Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır
İqtisadiyyat 16:13AMEA-nın müxbir üzvü Amin İsmayılovla MÜSAHİBƏ
Təhsil 15:53Qadın reklam vitrini deyil…
Köşə yazıları 15:39Azərbaycanda benzin qıtlığı yarana bilər? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15:25Yol ayrıcındakı Ermənistan
Köşə yazıları 14:32"Azərbaycan öz geosiyasi çəkisini möhkəmləndirir" - ŞƏRH
Siyasət 14:08Dünyanın neft yox, benzin problemi
Dünya 13:17Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Hadisə 13:00Rusiyadan AB ölkələrinə yeni təhdidlər - Hibrid müharibə
Siyasət 12:58Rusiya "Ankoric ruhu" adlı ətir istehsal edəcək
Dünya 12:55Aİ Ukraynaya dronlar üçün 1 milyard avro ayırıb
Dünya 12:53Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
İqtisadiyyat 12:48Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
İqtisadiyyat 12:44Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İqtisadiyyat 12:43Bakıda və bəzi rayonlarda külək güclənir
Hadisə 11:51“Şamaxı” gürcüstanlı futbolçunu transfer edib
İdman 11:02"Qarabağda gələcəyin təməli qoyulur" - DEPUTAT
Siyasət 10:49Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9493
+0,26%
-
GBP
2,3006
+0,96%
-
RUB
2,1935
-0,06%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
.jpg)
.jpg)

