Aprelin 24-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Masallı şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə SİA-ya agentlikdən bildirilib.
Məlumata əsasən, qəbulda Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilər.
Vətəndaşlar 15-17 aprel tarixlərində Agentliyə rəsmi şəkildə [email protected] elektron ünvanı və ya poçt vasitəsilə müraciət edərək, həmçinin (012) 599-79-75 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB