Bu ilin yanvar-fevral ayı ərzində doğulan körpə sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14797 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşüb.
Doğulan körpələrin 53,7 faizi oğlan uşaqları, 46,3 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 522-si əkiz, 21-i isə üçəm olub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB