YAP Qaradağ rayon təşkilatının fəalları Palçıq Vulkanları Kompleksinə səfər ediblər
10 aprel 2026-cı iltarixdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının fəalları Qobustan qəsəbəsi yaxınlığında yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə səfər ediblər.
Səfərin məqsədi haqqında iştirakçılara məlumat verən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Qaradağ rayonu ərazisində yerləşən bu beynəlxalq əhəmiyyətli kompleksin Prezident İlham Əliyevin göstərişinə əsasən 2024-cü ildə inşa edildiyini və hazırda Birinci vitse- prezident Mehriban xanım Əliyevanın şəxsi himayəsi altında olduğunu bildirib. Qeyd edib ki, Qobustan kəndi ərazisində yerləşən kompleks ziyarətçilərdə Azərbaycanın zəngin təbiəti, mədəniyyəti və faunası barədə ətarflı məlumat almağa imkanyaradır. Səfər həmçinin YAP fəallarının Vətənimizi daha yaxından tanımaları, onların asudə vaxtının və mədəni istirahətinin mənalı təşkili, öz aralarında şəbəkələşmənin daha da inkişaf etməsi məqsədinə xidmət edir.
Sonra xüsusi bələdçi tərəfindən qonaqlara kompleks barədə ətarflı məlumat verilib. Qeyd edilib ki, Bakıdan təqribən 60 kilometr məsafədə yerləşən bu təbiət qoruğu 12 hektar ərazini əhatə edir və burada informasiya mərkəzi, minerallar sərgisi və təbiət tarixi bölmələri fəaliyyət göstərir. Qonaqlara kompleksdə nümayiş olunan eksponatlar barədə ətarflı məlumat verilib. Açıq havada yerləşən palçıq vulkanlarını maraqla izləyən qonaqlara bildirilib ki, Azərbaycan planetimizdə palçıq vulkanlarının geniş yayıldığı region kimi tanınır. Palçıq vulkanlarının sayına, növlərinə və aktivfəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar yer yoxdur.
Dünyada mövcud olan palçıq vulkanlarının 350-dən çoxu ölkəmizdə yerləşir və müxtəlif bölgələrə paylanıb. Kompleksdə“Qılınc” (Pirəkəşkül palçıq vulkanı) palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 təpədən ibarətdir. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktivsayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumat yoxdu. Vurğulanıb ki, Azərbaycanın palçıq vulkanlarl ilə tanışlıq ziyarətçilərə planetimizin möcüzəli təbiət hadisəsini izləmək, Yerin geoloji quruluşu barədə bilgilərini dərinləşdirmək üçün unikal fürsətyaradır.
Kompleksin kafesində çay süfrəsi arxasında davam edən söhbətdə çığış edənYAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov iştirakçılara partiyanın işində fəal iştiraka görə təşəkkürünü bildirib. Qeyd edibki, partiyanın rayon təşkilatı partiya üzvləri ilə əlaqələr idaha da yaxşılaşdırmaq, fəallar arasında şəbəkələşməni genişləndirmək, ərazi partiya təşkilatları ilə birgə fəaliyyəti sıxlaşdırmaq məqsədilə gələcəkdə belə səfərləri daha çox təşkil etməyi planlaşdırır.
Söhbətdə iştirak edən kompleksinrəhbəri Elamin Didirova göstərilən qonaqpərvərliyə və ətarflım əlumata görə təşəkkürünü bildirən F. Qurbanov qoruğunəmək daşlarınagələcək fəaliyyətlərində uğurlararzulayıb.
Kopleksindirektoru E.Didirov kollektiv səfərə və göstərilən marağa görə minnətdarlığını bildirib. Qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçünfaydalı olacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB