BP Naxçıvanın bəzi məktəblərində yeni emalatxana və laboratoriyalar quracaq - SAZİŞ

Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyi ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişi muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov və BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.

Sazişə əsasən, BP tərəfindən muxtar respublikanın bir neçə təhsil müəssisəsində kimya laboratoriyalarının qurulması və ya mövcud laboratoriyaların zənginləşdirilməsi, peşə təhsili müəssisələrində isə istehsalat emalatxanalarının zənginləşdirilməsi və ya yeni emalatxanaların yaradılması nəzərdə tutulur.

Həmçinin şirkət tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi həyata keçiriləcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə