Bəzi yerlərdə intensiv və güclü yağıntılar olub - FAKTİKİ HAVA

Bu gün saat 11:00 olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə intensiv və güclü yağıntılar qeydə alınıb. Dağlıq ərazilərdə qar yağıb.

Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qar örtüyünün hündürlüyü Şahdağda 57, Qrızda 20, Əlibəydə 11(Zaqatala), Xınalıqda 17, Kəlbəcərdə 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında 1 sutka ərzində aylıq normadan çox yağıntı olub, belə ki düşən yağıntının miqdarı 29 mm təşkil edib ki, bu da aylıq normanın 128%-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 46 (aylıq normanın 152%-i), Qusarda 33 (aylıq normanın 69%-i), Qubada 27 (aylıq normanın 56%-i), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22, Daşkəsəndə 19, Oğuzda 18, Şəmkir, Şabranda 17, Zaqatalada 16, Xaltanda 14, Balakən, Qəbələdə 13, Göygödə 12, Xızıda 10, Goranboy, Bərdədə 7, Naftalan, Qobustan, İsmayıllı, Mingəçevir, Yevlaxda 6, Ağdam, Tovuz, Ağstafa, Şahbuz, Şamaxı, Tərtər, Gəncə, Göyçay, Zərdab, Biləsuvar, Lerik, Naxçıvan, Şərur, Ordubad, Sədərək, İmişli, Ağsu, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Salyan, Yardımlı, Astara, Füzuli, Xocalı, Şuşa, Xankəndi, Laçın, Qubadlıda 5 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23, Xızıda 19, Tovuz, Göygöl, Şabran, Lənkəranda 18, Sabirabad, Yardımlıda 16 m/s-dək güclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə