Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 0,9 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.
SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80 % çoxdur.
Bu il martın 1-nə ölkədə 5 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 3,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 6 % çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB