Sağlamlığa açılan qapı

Buzovna Fizioterapiya Mərkəzi pasiyentlərə göstərdiyi yüksək səviyyəli tibbi xidmət və səmimi qayğı ilə tanınan bir mərkəzdir. Burada hər bir pasiyentin rahatlığı və sağlamlığı ön planda tutulur. Mərkəzin baş həkimi Nüşabə Əliyeva illərin təcrübəsi ilə bu müəssisəni yüksək səviyyədə idarə edir və mərkəz onun rəhbərliyi altında pasiyentlər üçün etibarlı bir sağlamlıq ünvanına çevrilib.

Həkim-fizioterapevt Reyhanə Hüseynova pasiyentlərə fərdi yanaşma göstərir, tibb bacıları Məmmədova Gülnarə isə onların gündəlik rahatlığını təmin edir. Reabilitasiya prosesində Toma xanımın idman hərəkətləri ilə dəstəyi də xüsusi qeyd olunmalıdır.

Bu mərkəzdə müalicə alan pasiyentlərdən biri Məmmədova Gülər Əliağa qızı, Milli Qəhrəman Röşən Əliyev adına 254 saylı orta məktəbdə 50 il müəllimlik etmiş, eyni zamanda əmək veteranı və YAP üzvü olan bir şəxs oktyabrın 28-də Buzovna Fizioterapiya Mərkəzinə müraciət edib və noyabrın 11-də tam sağlam şəkildə buradan ayrılmışdır. Onun ayaq ağrıları mərkəzdə aldığı müalicə ilə aradan qalxmış və o, buradakı təmizlikdən, keyfiyyətli xidmətdən və göstərilən diqqətdən son dərəcə məmnun qalmışdır.

Buzovna Fizioterapiya Mərkəzi, dövlətin dəstəyi ilə yaradılmış və pasiyentlərə sağlamlığa qovuşmaq üçün etibarlı bir mühit təqdim edən bir mərkəz olaraq, hər kəsin dərin təşəkkürünü qazanmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə