Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin II iclası çərçivəsində ekspertlərin görüşü baş tutub. SİA xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Qazaxıstandan olan müvafiq sahə üzrə ekspertlər bir araya gəliblər.
Görüşdə "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" mövzusunda müzakirələr aparılıb. Ekspertlər ailə institutunun gücləndirilməsi, sosial siyasətin inkişafı və ortaq yanaşmaların formalaşdırılması istiqamətində fikir və təkliflərini səsləndiriblər.
Qeyd edək ki, bu kimi görüşlər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə