“Gələcəyin tibb bacısı və həkim təhsili modeli”

11–12 aprel 2025-ci il tarixlərində Xankəndi şəhərində “Gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, Qarabağ Universitetinin təşkilatçılığı ilə baş tutan bu möhtəşəm elmi tədbirdə tibbi təhsil sahəsində Azərbaycan və xarici ölkələrin aparıcı peşəkar mütəxəssisləri iştirak ediblər.

Tədbirin əsas məqsədi Qarabağ Universitetinin Tibb Fakültəsi və Universitet Klinikasının tədris modelini, təhsil proqramlarının kurrikulumunu, bacarıq çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirmək olmuşdur.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfransın işində iştirak edərək sessiyalar zamanı tibb təhsili sahəsində Mərkəzi Gömrük Hospitalının yanaşması və toplanmış təcrübəsi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

70-dən çox iştirakçının qatıldığı konfransda plenar iclaslar, panel müzakirələr və qrup işləri əsasında Qarabağ Universitetində tibb təhsilinin təşkili, səhiyyə sahəsində tədqiqatların aparılması, tibbi xidmətlərin göstərilməsi və praktik vərdişlərin inkişaf etdirilməsi ilə bağlı konkret təklif və tövsiyələr hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə