COP 29-dan sonra metroda güzəştlər qalacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

Məlumdur ki, bir neçə gündür BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir. Bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidir.

Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir.

Bəs, COP29 konfransı yekunlaşdıqdan sonra ictimai nəqliyyatda akkreditasiya kartı olanlara güzəşt davam edə bilərmi? SİA mövzu ilə bağlı “Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədova sorğu ünvanlayıb.

Bəxtiyar Məmmədov bildirib ki, güzəştlər, əsasən, akkreditasiya kartlarına şamil edilib: “Bu isə COP29 tədbiri başa çatana qədər qüvvədədir. Başqa hansısa güzəşt tətbiq edilməyib. Həmçinin COP29 Əməliyyat Şirkətinin təşkilatçılığı ilə könüllülərin də fəaliyyəti COP29 dövrü üçün nəzərdə tutulub”.

Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə