"Kişilər niyə həyat yoldaşlarının işləməsini istəmirlər?" - PSİXOLOQ ŞƏRH ETDİ

"Kişilərin həyat yoldaşlarına işləməyə icazə verməməsinin səbəbləri müxtəlifdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

Psixoloq bildirib ki, birincisi səbəb, ailə inancları ola bilər ki, qadın işləməz, illərlə kişilərin gördüyü ana obrazı, evdar qadın obrazı kimi səbəblər ola bilər: "Yəni adət-ənənə, qayda-qanun burada birinci şərtdir.

İkincisi, kişilərdə qorxular ola bilər ki, qadın inkişaf etsə, dəyişər və ailəsinə fikir verməməyə başlaya bilər. Yaxud qadın irəliləyər və mən daha zəif ola bilərəm. Bu kimi qorxular da ola bilər.

Qısqanclıq və paxıllıq hissləri də ola bilər. Çünki bəzi uşaqları böyüdərkən valideynlər onları digərləri ilə müqayisə edirlər. Başqasının uşağı nəyəsə nail oldu, sən gerilədin, yaxud bacın, qardaşın başqa, sən başqasan. Müqayisə nəticəsində insanda özgüvən aşağı düşə bilər və bu risklər yaranar. Qısqanmaq, paxıllıq bu kimi hisslər ola bilər. Ona görə də belə narazılıqlar yarana bilir.

Bəs necə razılığa gəlmək olar? Burada isə əsas rol qadından asılıdır. Çünki əgər qadın, eləcə də kişi ilk addımı atıbsa, onları geri çəkməyə çalışan insanlar olacaq. Qadının nə istəməsini, bu yolun düzgün olmasını bilməsi, həmçinin də irəli getməyə böyük istək olmalıdır. Bu istəyə görə də müəyyən müddət qadın irəli getməyə başlayanda kişi onu geri çəkməyə çalışsa da, bir neçə müddətdən sonra vəziyyət bərabərləşir, kişi də, qadın da alışır. Kişi görür ki, qadın irəli gedir, bu zaman o da razılığa gəlməyə başlayacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə