Zahid Oruc İRAM Araşdırmalar Mərkəzinin direktoru ilə görüşüb

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc İRAM Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğuru qəbul edib. SİA xəbər verir ki, mərkəz rəhbəri Azərbaycan dövləti, xalqının bu ağır günlərdə qardaş türk xalqı ilə həmrəy olduğunu, onların dərdlərini bölüşdüyünü bildirib. Azərbaycandan olan xilasedicilər zəlzələ bölgəsində dağıntılar altında qalan insanları xilas edir, Azərbaycan xalqı isə başlatdığı yardım kampaniyaları ilə ağır gündə də qardaş xalqın yanında olduğunu göstərdi.

O bildirdi ki, ölkə başçısının göstərişi ilə başlayan yardım kampaniyaları ümumxalq hərəkatına çevrilib və bu, dünyada heç bir örnəyi olmayan mənəvi-sosial faktdır.

İşgüzar görüşdə iki mərkəz arasında gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə edilib, əməkdaşlıq üçün müəyyən formatın seçilməsi barədə razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə