Azərbaycanlılar tərəfindən Türkiyəyə ianələr şəklində dəstək göstərilir
Sirr deyil ki, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” olaraq həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır, qardaş xalq və dövlət olaraq hər zaman bir yerdədir. Bir neçə gün öncə Türkiyənin cənub bölgəsində baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın qardaş dəstəyi də bu reallığı təsdiqləyir. Zəlzələ ilə bağlı Türkiyəyə ilk və ən böyük dəstək göstərən ölkə də, məhz Azərbaycandır. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra, ilk dəqiqələrdən, ilk saatlardan yenə qardaş Türkiyənin yanında oldu. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi, bu gün də nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Təbii ki, Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir və bundan sonra da göndəriləcəkdir. Burada Azərbaycan vətəndaşlarının Türkiyədə zəlzələdən zərərçəkənlərə könüllü yardım göstərmələri də xüsusi vurğulanmalıdır. Bir neçə gündür ki, nəinki paytaxt Bakıda, eləcə də, respublikamızın müxtəlif bölgələrində də vətəndaşlarımız türk qardaş və bacılarımıza dəstək olmaq üçün bütün imkanlarını səfərbər edib. Sadə vətəndaşlarımızın fədakarlığı hər kəsi duyğulandırmaqla yanaşı, qürur hissi yaradır. Artıq bütün aidiyyatı strukturlarımız bu işə səfərbər olub. Biz birik, hər zaman da bir olacağıq. Qardaş ölkəyə yardımlarda sadə vətəndaşlarımızın da fəal iştirakı qürurvericidir. İlk gündən “Qardaş Türkiyə yanındayıq” çağırışı birliyimizin, həmrəyliyimizin təntənəsi oldu. Bu gün Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Bütün bunlar bir daha təsdiqləyir ki, sadə insanlar səviyyəsində də əsl qardaşlıq, mənəvi amillər bizi bir-birimizə bağlayır...
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB