Azərbaycanın dövlət din modeli bütün dünya üçün örnəkdir - SƏDR AÇIQLADI

"Bugünkü tədbirdə "Vicdan azadlığı və media" mövzusunun seçilməsi təsadüfi deyil. Çünki bütün dünyada, o cümlədən, Azərbaycanda medianın rolu əvəzsizdir". SİA xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra media sahəsində, eyni zamanda vicdan azadlığı sahəsində mühüm irəliləyişlər əldə edib: "Azərbaycanın dövlət din modeli bütün dünya üçün örnək hesab olunur. Azərbaycanın dövlət din modeli Konstitusiyamızda təsbit olunub. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xətt hal-hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Sədr sözlərinə davam edərək bildirib ki, bugünkü gündə Azərbaycanda həm orta, həm də ali məktəblərdə dinlər haqqında məlumat verilir: "Orta məktəblərdə "Həyat bilgisi" fənni daxilində dinlər barədə, o cümlədən, İslam dini haqqında məlumatlar özünə yer tapıb. Dini komitə Təhsil Nazirliyi ilə birlikdə müəyyən proqramlar üzərində işləyib. Həmin proqramlar tarix, ədəbiyyat və s. dərsliklərdə də öz əksini tapıb. Ali məktəblərdə isə tələbələr "Multikulturalizmə giriş" fənnində bütün dinlər haqqında məlumat əldə edə bilərlər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə