Duet ortaqlarının küsülü olduğu ortaya çıxıb

Ötən gün "Şourum" proqramında qonaq olan müğənni Gülay Zeynallı və xanəndə Eldəniz Məmmədovun küsülü olduğu ortaya çıxıb. SİA xəbər verir ki, Gülay həmkarının səbəbsiz yerə ondan incidiyini qeyd edib.

Müğənni, “Mən onu danışdırmıram, danışdırmayacam da! Mümkün deyil. Boşu yerə kimsə məndən küsəndə pis oluram, onun qarşılığında tonla kəsdiyim çörəyi məhv edirəm. Duet ortağım var idi, indi incikəm. Ən yaxşısı salam-sağ oldur. Xətrini istəyirəm, sənət yoldaşımdır. Düşmən deyilik!” deyə açıqlayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə