Mahnım gün işığı görmədi! - XALQ ARTİSTİ DİLƏ GƏLDİ

Ötən gün xalq artisti Flora Kərimova "İnstaqram" hesabından “Əsarət görən mahnılarımdan biri: “Köçəri quşlar”. Oxudum, yozdular ki, Flora yenə qürbətə köçür” sözlərini paylaşıb. SİA xəbər verir ki, sənətçi məşhur ifasından bəhs edərək, “Beləcə mahnı nəinki qürbət, heç gün işığı da görmədi! Unudulmağa laiq mahnı deyildi. Ona görə Hüseynağa Hadiyevə təklif etdim ki, o ifa etsin. Oxudu və mahnı sevildi. İllər sonra yada düşdü ki, bu mahnını Flora da nə zamansa ifa edib”,- deyə açıqlayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə