"Üvey Baba" serialı ilə ilk dəfə kamera qarşısına keçən Devrim Saltoğlu bir müddət birlikdə olduğu Naz adlı sevgilisi ilə evlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Bir zamanlar Kıbrıs" serialında Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaşa həyat verən Devrim Saltoğlu, ikinci dəfə ailə həyatı qurub. Qonaqlar arasında Saltoğlunun "Bir Zamanlar Kıbrıs" serialında rol almış oyunçuları da vardı. Serkan Çayoğlu və Özge Gürel cütlüyü və Ahmet Kural, Çağla Gizem Çelik cütlüyü xoşbəxt günlərində Devrim Saltoğlunu tək buraxmadılar.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə