“Bunu etmək əxlaqsızlıq və məsuliyyətsizlikdir” FOTO

Levent Ülgeni qəzəbləndirən paylaşım: "Gör indi məşhur aktyor necədir, nə haldadır! Budur, ürək dağlayan son görünüşü!" başlığı ilə paylaşılan fotolar usta Levent Ülgeni qəzəbləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktyor bütün bunlardan sarsılıaraq əsəbləşib:

"Sosial mediada yayılan bu xəbər doğru deyil. Şəkildəki adam mən deyiləm, ona şəfa diləyirəm. Həm də son vaxtlar ölkəmiz bir çox problemlə mübarizə apararkən, həqiqətən də tabloid xəbərlər adı altında bu cür nəşrlər etmək əxlaqsızlıq və məsuliyyətsizlikdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə