Keçən il "Qəhrəman Atam" serialında rol alan aktyor Görkem Sevindik, keçən il sevgilisi Kübra Siyahdemirlə kimsənin xəbəri olmadan evlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur cütlükdən yaxşı xəbər gəlib. Yaraşıqlı aktyor ata olmaq üçün günləri sayır.

Ötən aylarda rol aldığı serial erkən finala çıxdığı üçün Görkem Sevindikin gizli olaraq Kübra Siyahdemirlə evləndiyi və artıq iki həftədən sonra ata olacağı məlum olub. Daha əvvəl "Söz" və "Ramo" kimi seriallarda rol alan aktyor və basketbolçu Kübra Siyahdemir gizli şəkildə evləniblər.

Təxminən bir il əvvəl pandemiya səbəbiylə ailə arasında baş tutan mərasimdə cütlüyün "Radisson" otelindəki toy masasında oturduqları ortaya çıxıb. Serhan Çetinsaya və həyat yoldaşı Sare Demir Çetinsaya ikiliyə şahidlik ediblər.

Evliliyini gizlədən oyunçu və basketbolçunun iki həftə sonra uşaqlarını qucağına alacağı məlum olub. Övlad sahibi olacaq cütlüyün uşağın adı ilə bağlı qərar vermədiyi öyrənilib. Koronavirus bitdikdə cütlük, ailə və dostlardan ibarət təxminən 120 nəfərlik bir toy məclisi təşkil edəcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə