Döş xərçəngindən xilas oldu!

Döş xərçəngindən xilas oldu! Məşhur aktrisa Canan Ergüder yaşadıqlarından danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dörd il əvvəl döş xərçəngi diaqnozu qoyulan və müalicədən sonra sağlamlığına qovuşan məşhur aktrisa Canan Ergüder keçdiyi çətin prosesi bölüşüb.

Serialın çəkilişlərində xərçəng olduğunu öyrəndiyini açıqlayan aktrisa xəstəlik prosesini belə izah edib: "Çox yaxşı dostlarım var. Məsələn, "Menecerimə zəng et" komandası ümumilikdə baxanda həyatımda yeri olan bir komandadır. Çünki həyatımın ən böyük xəbərlərindən biri xərçəng xəbəri idi və mən o xəbəri orada 80 nəfərin gözü qarşısında aldım. O 80 nəfər bir araya gəlib məni ayaqda saxladı. Onlar böyük dəstək oldular".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə