Türkiyənin məşhur “Yalı çapkını” serialına daha əvvəl ekran işi ilə vidalaşan aktrisa qayıdacaq. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, Serpil rolunu canlandıran Türkü Su Dəmirəl 97-ci bölümündən etibarən yenidən serialda rol alacaq. Serialın martda yayımlanacaq 100-cü bölümü ilə tamaşaçılara vida etməsi planlaşdırılır.
Qeyd edək ki, artıq 3 sezondur yayımlanan serialın baş rollarını Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə