Bastanın Sankt-Peterburqdakı konserti rekord qırıb

...Bastanın "Qazprom Arena" stadionunda verdiyi solo konserti ifaçının Sankt-Peterburqdakı çıxışları tarixində ən böyük konsert olub və 64 min tamaşaçı toplayıb.

SİA xəbər verir ki, bu barədə TASS-a tədbir təşkilatçısının mətbuat xidmətindən məlumat verilib.

...Vasili Vakulenko-Bastanın Sankt-Peterburqdakı bu konserti onun şəhərdəki çıxışları tarixində ən böyük konsertə çevrilib. Bu gün bizdə tam satış var, deməli konsertə 64 min adam gəlib.

Deyilənlərə görə, konsert Mark Zaxarovun Lenkom Teatrının “Mayakovski” musiqili dramının baş treki olan “Sınıq ümidlərin akrobatları” treki ilə açılıb. Vasili Vakulenko tamaşa üçün musiqi və şeir yazıb.

Sankt-Peterburqun məşhur rep musiqiçisi Smokey Mo Basta ilə birlikdə Sankt-Peterburqa həsr olunmuş “Daş çiçəklər” kompozisiyasını ifa edib.. Basta bütün arena tamaşaçıları ilə birlikdə “Maya iqra” mahnısını da ifa edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə