Türk fenomenin ölümü ilə bağlı yeni fakt üzə çıxıb

Zəlzələdə həlak olan fenomen Taha Duymazla bağlı yeni fakt üzə çıxıb. SİA xəbər verir ki, Tahanın ölümü barədə onun dostu Raqib Narin məlumat yayıb. Dostu qeyd edib ki, mərhumun anası Məryəm xanımla görüşüb.

“Taha qədər onu da soruşanlar olub. Hazırda yaxşıdır, çünki oğlunun cənnətdə olduğuna əmindir. Bir gənc kimi Məryəm xanımı oranın buradan daha gözəl olduğuna inandırdım və Tahanın ən böyük məqsədinin onu xoşbəxt görmək olduğunu dedim.

Taha zəlzələ zamanı yuxuda olub. Cəsədi yorğana bükülü halda tapılıb. Onun cansız bədəni tərtəmiz, heç şişməmiş və qoxusuz olub. Həyatdakı kimi”, - deyə, fenomenin dostu bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə