Məşhur model Dilarə Kurşun ötən ilin noyabrında Şengen vizası almaq istəyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gənc model viza prosedurları üçün bir dostunun viza almasına kömək edən iş adamı Gökmən Ö. ilə əlaqə saxlayıb və pasport fotoşəkilləri, pasportlar və köhnə vizalarını ona göndərib.

2016-cı ildə qatıldığı "Miss Türkiyə" yarışması ilə məşhurlaşan gənc qadın qonorar və xərclər üçün 6 min 300 lirə verib. Bir müddət iş adamından xəbər gözləyən gənc qadın yenidən əlaqə saxladıqda müxtəlif bəhanələrlə məsələnin uzadıldığını anlayıb.

Telefon nömrəsi istifadədən çıxdıqdan sonra panikaya düşən gənc qadın hadisə ilə bağlı şikayət edib. Gənc model ifadəsində viza üçün müraciət etdiyi Gökmen Ö.-nün onu və dostunu aldatdığını, şəxsi məlumatları əlində olduğu üçün başına gələcəklərdən qorxduğunu bildirib və həmin adamın cəzalanmasını tələb edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə