İran və ABŞ arasında gərginlik RƏİSİ - CO BAYDEN

İran prezidenti İbrahim Rəisi paytaxt Tehranda Nazirlər Şurasının iclasında çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İran prezidenti ABŞ prezidenti Co Baydenin İrandakı nümayişlərlə bağlı bəyanatına reaksiya verib. İran prezidenti Co Baydenin öz bəyanatları ilə başqa ölkələrdə xaos və terroru qızışdırdığını bildirib.
Rəis deyib ki, ABŞ İrandakı nümayişləri dəstəkləyir və bu yolla iranlıları ümidsizliyə və xaosa məhkum etməyə çalışır. ABŞ-ı “böyük şeytan” adlandıran Rəisi bölgədəki terror, xaos və təxribatın ABŞ rəhbərliyi tərəfindən dəstəkləndiyini bildirib.
İran lideri deyib: “70 ildən artıq Fələstini işğal edən sionist İsrail rejiminə ABŞ tərəfindən dəstək verməsi və ABŞ-ın Əfqanıstanı işğal etməsi bu böyük şeytanın əməllərindəndir”.

ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatları və hücumları yaxşı bildiklərini qeyd edən Rəisi, İrana qarşı həyata keçirilən idrakın iflasa uğrayacağını və məqsədlərinə çata bilməyəcəklərini bildirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə