YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib - FOTOLAR

28 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının “Heydər Əliyev prospekti 78” ünvanında yeni ərazi partiya təşkilatınıntəsis edilməsi ilə bağlı yığncağı keçirilib. SİA xəbər verir ki, yığıncaqda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yığıncağı açaraq, Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, geniş və ətraflı danışıb. O, qeyd edib ki, Ümummillli Lider H.Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla, ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi yeri vardır. Yeni Azərbaycan Partiyası günbəgün öz sıralarını vətənpərvər, sağlam, əqidəli təəssübkeşlər hesabına genişləndirməkdədir ki, bu da partiyamızın günü – gündən gəncləşən ziyalılar partiyasına, ümumxalq partiyasına çevrilməsindən xəbər verir. Rayon təşkilatının sədri çıxışı zamanı aprel ayının 22-si və 23-də mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında, eyni zamanda partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqlərindən irəli gələn vəzifələr barədə də ətraflı məlumat verib.

Təsis yığıncağında Qazax – Tovuz Regional Məşğulluq filialının direktoru Elçin Nəsibov çıxış edərək məlumat verib ki, filialda çalışan işçilərın əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvüdürlər və onlar “Heydər Əliyev prospekti 78” ünvanında yeni ərazi partiya təşkilatının təsis edilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatına müraciət ediblər. Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri də bu müraciətə öz müsbət münasibətini bildirərək, adı çəkilən ünvanda yeni ərazi partiya təşkilatının yaradılması ilə bağlı qərar qəbul edib.

Təsis yığıncağında təşkilati məsələyə də baxılmış, Elçin Nəsibov ərazi partiya təşkilatının sədri, Alı Hacıyev sədr müavini seçiliblər.

Tədbirdə partiya üzvləri Rəşad Əhmədov, Cavanşir Musayev, Pərviz Cəfərov, Babək Alıyev çıxış ediblər.

Təsis yığıncağının sonunda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədr və müavini təbrik edərək, onlara lazımi tapşırıq və tövsiyyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

YAP

Bütün xəbərlər Facebook səhifəmizdə