YAP ilə AK Parti arasında faydalı müzakirələr apardıq

Artıq ikinci ildir keçirilən Antalya Diplomatiya Forumu ötənilki ilə müqayisədə daha da genişlənib. Bu, həm iştirakçı dövlət və hökumət başçılarının, həm də, ümumiyyətlə, qatılanların sayında özünün göstərir. Forumun məqsədi daha ədalətli dünyanın qurulmasında diplomatik yollar axtarmaqdır. SİA xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.

Dünyanı narahat edən problemlərin müzakirə olduğu Forumda iştirak etməyin Yeni Azərbaycan Partiyası üçün faydalı olduğunu diqqətə çatdıran YAP Sədrinin müavini Tahir Budaqov deyib ki, tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım ilə görüşdə iki qardaş ölkənin hakim partiyaları arasında imzalanmış əməkdaşlıq protokolunda nəzərdə tutulan müddəaların icrası, perspektivdə olan məsələlər ətrafında faydalı müzakirələr aparılıb.

YAP

Bütün xəbərlər Facebook səhifəmizdə