Heydər Əliyevin özündən sonra qoyduğu 3-cü miras Yeni Azərbaycan Partiyasıdır - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Yeni Azərbaycan partiyası hakim partiyadır. 1993-cü ildən partiyanın özü və sədri hakimiyyətdədir. Bu illər ərzində Azərbaycan ən böyük uğurlara imza atıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov bildirib.

Onun sözlərinə görə, dövlətimizin tarixində "Əsrin müqaviləsi" , Azərbaycanda keçirilən demokratik parlament seçkiləri, dil haqqında qanun, ölüm hökmünün ləğvi, aqrar islahatın həyata keçirilməsində və nəhayət 2020-ci ilin sentyabrın 27-sində başlanan Vətən müharibəsinə rəhbərlik edən Ali Baş Komandan İlham Əliyev cənablarının fəaliyyəti müstəsna rol oynayır: “Həmçinin qonşu dövlət olan Türkiyə cumhuriyyəti ilə Şuşa bəyənnaməsi, Rusiya Federassiyası ilə Moskva bəyənnaməsinin imzalanması və s. bütün bunlar Yeni Azərbaycan Partiyasının xidmətidir. Ümumilli lider Heydər Əliyev özündən sonra 3 böyük miras qoymuşdur. Bunlardan birinci müstəqlik Azərbaycan dövlətidir, ikincisi İlham Əliyev cənabları, üçüncüsü isə Yeni Azərbaycan Partiyasıdır. Yəni Ümummilli lider Heydər Əliyevdən sonra onun azərbaycançılıq idealogiyası hakim partiya tərəfindən həyata keçirilir. Çünki hakim partiyanın idealogiyası dövlət siyasətidir. Bu siyasətdə İlham Əliyev və Vitseprezident Mehriban xanım Əliyevə tərəfindən həyata keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB