"Azərbaycan mediası yeni mərhələyə doğru addımlayır" - AÇIQLAMA

"Yeni qəbul edilmiş "Media haqqında" qanunda jurnalist fəaliyyətinə və jurnalist anlayışına aydınlıq gətirilir". Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, yeniliklərdən biri də media reyestrinin tətbiq olunmasıdır: "Media qurumları və jurnalistlərin özünün reyestrinin aparılmasıdır. Bunun çox böyük əhəmiyyəti var. Çünki Azərbaycanda Jurnalistlərin dəqiq statistikası tam şəkildə aparılmayıb. Bu imkan verəcək ki, statistik məlumatlar dəqiq əldə olunsun. Bu çevrələr müəyyən edildikdən sonra media sahəsində Azərbaycan dövləti hər zaman olduğu kimi müəyyən sosial güzəştli paketlər təqdim edəcək. Təsadüfi deyil ki, Media qanunun imzalandığı gün Cənab Prezident İlham Əliyev ikinci bir sərəncam imzaladı ki, bu sərəncam jurnalistlərin güzəştli ipoteka proqramına daxil edilməsi barədə idi. Bu cür proqramlar yeganə deyil, davamlı olacaq. Jurnalistlərin çərçivəsi, statistikası , kəmiyyəti bəlli olduqdan sonra yəqin ki, bu cür proqramların sayı da çoxalacaq. Hesab edirəm ki, bu qanun Azərbaycanda jurnalist kimdir? KİV qurumu kimdir? Kimlər peşəkar şəkildə jurnalistika ilə məşğul olurlar və onların hüquq və vəzifələri nədir? Kimi bütün bu suallara aydınlıq gətirəcək. Bu proseslərdən sonra Azərbaycan mediasının yeni mərhələyə etapla çıxdığının şahidi olacağıq".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə